Səfir Elxan Poluxov etimadnaməsini Braziliya prezidentinə təqdim edib

Səfir Elxan Poluxov etimadnaməsini Braziliya prezidentinə təqdim edib
18:32 27 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyun. REPORT.AZ/ Cari ilin 26 iyun tarixində Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov etimadnaməsini Braziliya prezidenti Mişel Temerə təqdim etmişdir.
Səfirlikdən "Report"a verilən məlumata görə, Elxan Poluxov etimadnaməni təqdim etdikdən sonra Azərbaycan Prezident İlham Əliyevin səmimi salamlarını Braziliya prezidentinə çatdıraraq Azərbaycan ilə Braziliya arasındakı yaxın dostluq münasibətləri müzakirə ediblər.
Mərasimin sonunda Elxan Poluxovla Braziliya prezidenti Mişel Temer xatirə şəkili çəkdiriblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sefir-elxan-poluxov-etimadnamesini-braziliya-prezidentine-teqdim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR