"ABŞ misli görünməmiş hücuma hazırlaşır" - Rusiya

"ABŞ misli görünməmiş hücuma hazırlaşır" - Rusiya
18:32 27 İyun 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

"ABŞ ordusu Suriyanın hökumət qüvvələrinə qarşı yeni hücuma hazırlaşır".

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klinçeviç deyib.

"Həyasız və görünməmiş təxribat hazırlanır. ABŞ bundan sonra konstruktiv həllə yaxınlaşan qüvvələrə zərbə endirəcək. Suriyada yerləşən Rusiya və digər ölkələrin qoşunları ciddi təhlükə altındadır", - deyə Klinçeviç bildirib.

Xatırladaq ki, Ağ Ev Suriya qoşunlarının kimyəvi silah istifadə etməklə bağlı yeni planlar hazırladığını və bunun dinc sakinlər üçün həyati təhlükə mənbəyi olduğunu açıqlamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/558015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR