Bakının mərkəzində "Odlar ölkəsi" adlı estrada ifaçılarının konserti

Bakının mərkəzində "Odlar ölkəsi" adlı estrada ifaçılarının  konserti
18:37 27 İyun 2017
Ölkə mətbuatı
A- A+

İyunun 25-də Bakının mərkəzində, Fəvvarələr Meydanında Azərbaycan Televiziyasının Mədəniyyət kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə "Odlar ölkəsi" adlı estrada ifaçılarının  konserti keçirilib.
 
Milli.Az bildirir ki, proqramda gənc ifaçılar Sərxan Cəfərov, Şövgi Əmrahov, Güllü Bəhərzalova, Nigar Xəlili, Tural Xəlilov, Şəfiqə Abbasova, Sevinc Cavadova, Ayla Şiriyeva, Safa Eldar, Fərəh Həsənzadə, Şeyda Ələsgərova, İradə Musayeva, Emin İsmayılov, Səbinə Əsgərova və başqaları çıxış ediblər.

Layihənin rəhbəri Emin Həsənovun dediyinə  görə, konsert "Formula 1" Azərbaycan  Gran Prisinə dəstək məqsədi ilə keçirilibvə bu, Azərbaycan Televiziyasının Mədəniyyət kanalının yarış iştirakçılarına dəstəyi, tamaşaçılara isə kiçik bir töhfəsidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/558034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR