Bundesliqadan "Qəbələ"yə gəlir - SON ANDA

Bundesliqadan "Qəbələ"yə gəlir  - SON ANDA
18:47 27 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" heyətinə yeni müdafiəçi qatmağa hazırlaşır. Fanat.Az-a klubdan verilən məlumata görə son klubu Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Nürnberq" olan Deyv Bülthöys hazırda Avstriyada - Azərbaycan təmsilçisinin düşərgəsindədi.


187 santimetr boya malik hollandiyalı arxa xətt oyunçusuyla yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir. 1990-cı il doğumlu Bülthöys Almaniya klubuna 2014-cü ildə yetirməsi olduğu "Utrext"dən gedib.

O, son mövsümdə "Nürnberq"in heyətində 23 matça çıxıb, 1 qol və 1 məhsuldar ötürməylə yadda qalıb.


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bundesliqadan-quotqblquoty-glir-t58945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR