ABŞ Türkiyənin düşməni üçün qapını açıq saxladı

ABŞ Türkiyənin düşməni üçün qapını açıq saxladı
19:08 27 İyun 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Suriyanın Rakka şəhərinin İŞİD-dən təmizlənməsindən sonra da YPG-yə (PKK-nın Suriya qanadı) yardım edəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis deyib.

YPG-yə ediləcək yardımın silah olub-olmayacağına gəlincə, amerikalı nazir konkret cavab verməkdən yayınıb.

Xatırladaq ki, ABŞ-ın müdafiə naziri ötən həftə türkiyəli həmkarı Fikri İşıka göndərdiyi məktubda ABŞ-ın YPG-yə çatdırdığı materialların siyahısını hər ay Türkiyə ilə paylaşacağını bildirib.

Qeyd edək ki, Ankara YPG-ni terror təşkilatı kimi tanıyır və ABŞ-ın etdiyi silah yardımlarına dəfələrlə qarşı çıxıb.

Ömər

.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/204134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR