İlan sancan zaman ilk yardım

İlan sancan zaman ilk yardım
19:17 27 İyun 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Tənəffüs yollarının açıq olmasına və qan dövranına nəzarət edilir. İlan tərəfindən sancılmış şəxs hərəkətsiz və sakit olduğunda zəhərin bədənə yayılması ləng gedir. Bu səbəblə, xəstənin hərəkət etməsi əngəllənir, sakitləşməsi təmin edilir. Yara bol su ilə yuyulur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yara qol ya da ayaqdadırsa, dişlənilən bölgənin tam üstündən, qan dövranına maneə törətməyəcək şəkildə bandajla qoyulur. Ancaq möhkəm sarğı tətbiq etməməyə diqqət edilməlidir.
Yara üzdə, boyunda ya da başdadırsa, zəhərin sümürülməsini gecikdirmək üçün yara ətrafına təzyiq edilir. Dişlənilən bölgəyə soyuqluq tətbiq edilərək, zəhərin yayılmasına və şişməyə əngəl yaratmaq lazımdır. Yara ağız ya da boğaz bölgəsindədirsə, şişməyi əngəlləmək və zəhərin sorulmasını azaltmaq üçün fərdin, xəstəxanaya çatana qədər buz sourması, ya da soyuq su içməsi təmin edilməlidir.
Bilinənin əksinə, yaralı bölgədəki ilk yardımı edən şəxs tərəfindən zəhərin sourulması, ya da yaralı bölgənin bıçaqla kəsilməsi, palçıq sürtülməsi kimi tətbiqlər də səhvdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR