2 milyard manatlıq "körpə iqtisadiyyatı” xaricilərin nəzarətindədir

2 milyard manatlıq "körpə iqtisadiyyatı” xaricilərin nəzarətindədir
19:32 27 İyun 2017
Ölkə mətbuatı
A- A+

Ana və ataların şüur səviyyəsinin artması, övladlarını sağlam böyütmək istəyi "körpə iqtisadiyyatı"nı daha da böyüdür.
 
Milli.Az "Marja"ya istinadən bildirir ki, geyimdən texnikaya, oyuncaqdan qullu məhsullarına qədər bir çox sektorda "körpə iqtisadiyyatı"nın həcmi genişlənir.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin əvvəlində təxminən 9,7 milyon nəfər Azərbaycan əhalisinin 852 min nəfərini 0-4 yaşında olanlar, 710 min nəfərini 5-9 yaşında olanlar, 625 min nəfərini 10-14 yaşında olanlar təşkil edib. Yəni, əhalinin təxminən 2,2 milyon nəfəri körpə və uşaqlardan (0-14 yaş) ibarətdir.  Bu sayın üzərinə 693 min nəfərlik 15-19 yaşında olanları da əlavə etsək say 3 milyona yaxınlaşır.
 
İl ərzində orta hesabla  1 körpə və ya uşağın təkcə geyiminə təxminən 100 manat xərclənir. Bu da 0-14 yaşında olan körpə və uşaqlara görə təxminən 220 milyon manatlıq geyim xərci deməkdir. Bu xərcin üzərinə uşağa qulluq, oyuncaq və qida xərclərini də əlavə etsək "körpə iqtisadiyyatı"nın həcmi rahat 2 milyard manatı keçir. Bir uşağın (geyim, oyuncaq, qulluq məhsulları(bez, şampun, sabun, kremlər və s.)  qidalar və s.)  illik orta hesabla xərci 1000 manatı üstələyir.
 
Təəssüf ki, bu gün Azərbaycanın körpə və uşaq əşyaları, oyuncaqları, geymi, qidaları bazarı xaricilərin nəzarətidədir. Bir çox beynəlxalq brendlərin uşaq geyimi mağazaları ölkəmizdə fəaliyyət göstərir. Uşaq kateqoriyasında yerli brendlərimiz yox dərəcəsindədir. Körpə qidaları, oyuncaqları və qulluq məhsulları idxal olunur.
 
Dövlət və iş adamları bu sektora da önəm verməli, ən azı idxaldan asılılıq 50% azaldılmalı və bu kateqoriyada ixraca nail olunmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/558049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR