Maaşı 6 milyon funt sterlinq artacaq

Maaşı 6 milyon funt sterlinq artacaq
19:37 27 İyun 2017
Ölkə mətbuatı
A- A+

İngiltərədə dövlət tərəfindən maliyyələşdirilən kral xəzinəsi son dövrlərdə mənfəətinin ciddi şəkildə artdığını bəyan edib. Bunun da kraliça II Yelizvaetanın maaşına öz müsbət təsirini göstərəcəyi bildirilir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, kraliçanın aylıq maaşında 6 milyon funt sterlinq artım olacaq. Maaş artımı 2018-2019-cu maliyyə ilindən etibarən tətbiq olunacaq.

Bu artım kraliçanın işçilərinə, onun səyahətlərinə və sarayın xərclərinin qarşılanmasına xərclənəcək. 2018-2019-cu maliyyə ilində Saray xərclərinin aylıq 82.2 milyon funt sterlinq olacağı ifadə olunub.
Krallıq xəzinəsinin 2016/2017 maliyyə ilində gəlirlərinin 24.7 milyon artaraq 328.8 milyon funt sterlinq təşkil etdiyi bəyan olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/558051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR