Autizmli uşağın valideyni olsaydım

Autizmli uşağın valideyni olsaydım
19:52 27 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

İlk öncə bildirmək istəyirəm ki,uşaqlar bizim gələcəyimizdir.Onları sevmək, qorumaq, onların bizim üçün dəyərli olduqlarını uşaqlara hiss elətdirmək biz valideynlərin borcudu.

Milli.Az dushunce.az-a istinadən bildirir ki, qısaca sizlərə Autizmli uşaqların əlamətləri haqqında  məlumat verim. Bir autizmin əlamətləri nədən ibarətdir:  ünsiyyət qurmağa meyilli olmurlar, səbəbsiz davranışlara malik olurlar yəni ağlayırlar, gülürlər, hər hansi əşyanı mütəmadi olaraq çevirməyi xoşlayırlar. Bu uşaqlar davamlı olaraq eyni oyunlar oynayırlar, ağrıya qarşı laqeyd olurlar,adlarına qarşı reaksiyası olmurlar, deyilən sözləri təkrarlayırlar, fırlanan əşyalara maraq göstərirlər, dəyişkənliyi sevmirlər.

Bir autizmli uşağın valideyni olsaydıq nə edərdik:

Pozitiv düşünməliyik, stress və depressiyadan uzaq olmalıyıq
Uşağı cəmiyyətdən gizlətməyək
Uşağı olduğu kimi qəbul edək
Mütəxəssislərin evə verdiyi tapşırıqları təkrarlayaq
Uşağımızı ərköyün yox, bu diaqnozun simptomu kimi qəbul edək.Deyə bilərsiz ki, niyə ərköyün...Biz  bir autizm olan uşaqdan doğru hərəkətlərə əməl etməsini gözləyə bilmərik.Autizmli uşaq təhlükə hiss etmədiyinə görə doğru hərəkətləri etməməyi normaldır,təhlükə olan yerdə saatlarla qala bilər.
Autizmin digər forması olan Asperger sindromlu uşaqların bacarıqlı olurlar. Oların o qabiliyyətlərini ortaya çıxartmaq üçün düzgün yönləndirməliyik.
Gün ərzində ən azı iki saat uşağı cəmiyyət içinə aparaq
Terapiya zamanı valideyinləri düşündürən suallardan biri:  "Nə vaxt bitəcək?". Zamanın uzanması uşağın vəziyyəti ilə bağlıdır. Uşaq nə qədər yüngül vəziyyətdə olarsa, o qədər  tez bitmək ehtimalı böyük olar.
Terapiya zamanı valideyini daha çox düşündürən məqamlardan biri də, uşağın nə zaman dil açmasıdır. Məşğələlər zamanı uşağın tək-tək söz deməsi nitq sahəsində uğurdur. Ona görə də bu tip uşaqların valideyinləri səbirli şəkildə davam edərək, cümlə qurma mərhələni gözləməlidir.

Bu psixoloji problem olduğu üçün dərmanlarla müalicəsi yoxdur. Autizmli uşaqlara  nevroloji müalicə olunmalı və məşğələlər aparılmalıdır.Bu işə psixoloqlar, loqopedlər cəlb olunmalıdır.

3 yaşa qədər olan uşaqlarla müşahidə nə qədər erkən aşkarlanarsa,  müalicə də o qədər effektli olar. Əgər uşaqda hansısa inkişaf pozğunluğu müşahidə olunursa, defektoloji, loqopedik və psixoloji məşğələlərə başlanılmalıdır. Əgər biz valideyinlər uşağımızın  1-2 yaşında əlamətlər  müşahidə ediriksə biz bunu mütəxəssislərlə məsləhətləşib  işi düzgün qurarsaq, düzgün müalicə alınarsa, artıq 6 yaşında o, normal uşaq səviyyəsinə çatar. Sindrom müəyyən olunandan normal səviyyəyə çatana qədər müalicələr aparılmalıdır.

Bir autizm sindromu olan bir uşağın gözlərindən oxunan ifadələr bunlardır: "Mənə yaşıdlarımla oynamağa, ətrafımdakıları görməyə kömək edin, ünsiyyətə girməyə, mən də kiminləsə oynamaq, danışmaq istəyirəm, bacarmıram, nəyisə qavramaq istəyirəm bacarmıram.

Biz valideyinlər nə qədər güclü olsaq , pozitiv düşünsək, övladımızı olduğu kimi qəbul etsək həyat bizim üçün o qədər maraqlı olacaq. Əgər belə uşaq sizin ailənizdə varsa, çalışın müsbət, pozitiv düşünün və övladınızı olduğu kimi qəbul edin və sevin. Çünki, o, bir autizm sindromu olduğu üçün günahkar deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR