DİN Lənkəranda baş vermiş silahlı basqınla bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda baş vermiş silahlı basqınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, iyunun 21-də Lənkəran rayonunun Liman şəhər sakini İlahə Nəcəfovanın evinə gələn naməlum şəxs ev sahibəsinə və səs-küyə gələn anası Arifəyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, Arifə orada ölüb. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əziz Əsgərov iyunun 26-da tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR