Beynəlxalq kiberhücum: Şirkətlər İFLİC OLDU

Beynəlxalq kiberhücum: Şirkətlər İFLİC OLDU
19:53 27 İyun 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Norveç ərazisində beynəlxalq şirkətlərdən birinin serverinə haker hücumu edilib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Norveç xüsusi xidmət orqanları bildirib.

Agentliyin məlumatına görə, xüsusi xidmət orqanları şirkətin adını açıqlamaqdan imtina ediblər.

Daha əvvəl yayılan məlumata görə, müxtəlif ölkələrdə haker hücumlarının bütöv seriyası həyata keçirilib. Rusiyanın “Rosneft” şirkətindən bildiriblər ki, onun serverləri güclü haker hücumuna məruz qalıb. Şirkət bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Bundan başqa, Ukraynanın ən böyük mobil operatoru olan “Ukrtelekom” haker hücumuna görə işləmir. Hakerlər həmçinin İspaniyada “International” və “DLA Piper” şirkətlərinin serverlərinə hücum ediblər. Şirkətlərin ofislərinin işi tamamilə iflic olub. Danimarkanın yükdaşıma şirkəti “A.P. Moller-Maersk” da kiberhücuma məruz qalıb. Şirkətin kompüter sistemləri sıradan çıxarılıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/204145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR