Namazı bitirdikdən sonra zikr edərkən əlləri qaldırmaq olarmı?

Namazı bitirdikdən sonra zikr edərkən əlləri qaldırmaq olarmı?
19:57 27 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Zikr etmək ibadətin bir növüdür. Bütün ibadətlər isə Qurana və Sünnəyə (səhih hədislərə) əsaslanmalıdır. Ona görə də namaz qıldıqdan sonra istənilən bir surəni yox, yalnız səhih hədislərdə bizə bildirilən müəyyən surələr və zikrləri oxumaq lazımdır. Bu zaman əllərin qaldırılması isə heç bir səhih mənbədə bildirilməmişdir. Daha ətraflı: Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
Milli.Az zikr.az-a istinadən bildirir ki, Quranın hər hansı surəsini oxuduqdan sonra xüsusi bir dua demək buyurulmayıb. Lakin Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər hansı bir xeyirli əməldən sonra bir duanı daim deyərdi. Aişə (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbər (sallallahu aleyhi və səlləm) oturduğu hər bir məclisdən, oxuduğu hər bir Qurandan, qıldığı hər bir namazdan sonra (etdiyinə) bu kəlmələrlə son verərdi: "Subhənəkə Allahummə va bihəmdik, əşhədu ən lə iləhə illə əntə, əstəğfirukə və ətubu ileykə". Dedim: "Ey Allahın Elçisi! Görürəm ki, olduğun hər bir məclisdən, oxuduğun hər bir Qurandan, qıldığın hər bir namazdan sonra bu sözləri deyirsən". O dedi: "Bəli, kim xeyir deyərsə, ona xeyirlə son vurular, kim şər söyləyərsə, onun üçün kəffarə olar". (ən-Nəsəi "Sunənul-Kubra" 10067).
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR