Tovuzda 12 yaşlı yeniyetməni ilan sancıb - VİDEO

Tovuzda 12 yaşlı yeniyetməni ilan sancıb - VİDEO
20:05 27 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzun Əyyublu kəndində heyvan otaran uşağı ilan sancıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kənd sakini, 12 yaşlı Murad Həsənov həyətyanı sahədə heyvan otararkən ilan onun sağ ayağının topuğundan sancıb. Əlindəki ağacla sürünəni öldürən azyaşlı dərhal evə qaçaraq valideynlərinə məlumat verib.
Murad Həsənov Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona lazımi müalicə tədbirləri görülüb, zəhər əlehinə zərdab vurulub.
Müalicələr davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/558054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR