Bakıda həkim xəstəni ömürlük şikəst elədi - VİDEO

Bakıda həkim xəstəni ömürlük şikəst elədi - VİDEO
20:12 27 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda həkimin qoyduğu saxta protez xəstəni ömürlük şikəst eləyib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakı sakini Fatma Cəfərova ayaqlarında ara- sıra yüngül ağrılar hiss etdiyindən həkimə müraciət edib. Həkim ona təcili əməliyyat olunaraq protez sümük qoyulmasa ömürlük şikəst olacağını deyib.
Bahalı protezlə tez bir zamanda sağalacağını vəd etsə də, sonradan xəstənin ayağı irinləyərək təcili olaraq Türkiyəyə aparılası olub. Zərərçəkənin oğlu Şaiq Şirinovun dediyinə görə, həkimin bütün yalanları da elə orda məlum olub. Əslində xəstəyə heç əməliyyat da ehtiyac deyilmiş.
İndi isə xəstə nə yeriyə bilir, nə ayağını hiss edir. Saxta implant onun ayaq sinirlərini də iflic edib.
Şaiq Şirinov deyir ki, ilk vaxtlar həkim onlara səhvini etiraf edib və bütün xərci öz boynuna götürüb. Lakin indi boyun qaçırır.
Məsələ ilə bağlı zərərçəkmişin ailəsi Səhiyyə Nazirliyinə müraciət edib və bununla bağlı araşdırma başlanılıb. Həmçinin Xətai rayon polis idarəsinə şikayət edən Şaiq Şirinov həkimdən bundan sonra müalicənin xərclərini çəkməsini və onlara dəyən maddi ziyanı tələb edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/558057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR