Nömrəni parça ilə bağlayaraq Bakda belə şütüyür - VİDEO

Nömrəni parça ilə bağlayaraq Bakda belə şütüyür - VİDEO
20:12 27 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət qeydiyyat nişanı parça ilə bağlanan avtomobil Bakı yollarında şütüyür.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər iyunun 25-i, saat 14:56 radələrində Heydər Əliyev prospektində lentə alınıb.
Aydın görünür ki, prospektə hərəkət edən "Leksus" markalı avtomobilin arxa hissəsində yerləşən dövlət qeydiyyat nişanı parça vasitəsi ilə bağlanılıb. Nəticədə avtomobilin nömrəsi oxunmaz hala gəlib.
Həmin avtomobili ötüb keçdikdə məlum oldu ki, ön hissədə olan dövlət qeydiyyat nişanı da həmin üsulla bağlanılıb.
Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, avtomobilin bu şəkildə idarə olunması yolverilməzdi. Üstəgəl avtomobil sahibi bu hərəkəti ilə özü haqqında bir sıra şübhələrin yaranmasına da səbəb ola bilər.
Ekspertin sözlərinə görə, bu məsələ qanunla tənzimlənir və bunu edən sürücülər cərimə edilməlidirlər.
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, sürücü bu hərəkəti ilə polisin yox, əslində öz işini çətinləşdirib. Onun sözlərinə görə, hər bir avtomobilin dövlət qeydiyyat nişanı xüsusi çiplərlə təchiz edilir. Bu isə avtomobillərin tez bir zamanda aşkar edilməsinə kömək edir. Şöbə rəisi əlavə etdi ki, sözügedən görüntülər əsasında dərhal araşdırmalara başlanılacaq və həmin avtomobilin hansı kameraların altından keçdiyi müəyyən ediləcək. Bundan sonra avtomobilin sürücüsü haqqında qanuna müvafiq tədbir görüləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/558056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR