Şirin badam yağının faydaları

Şirin badam yağının faydaları
20:17 27 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Ürək sağlamlığına yaxşı təsir göstərir: Şirin badam yağı ürək üçün faydalı olan maddələrlə zəngindir, bu səbəblə, ürək sağlamlığını dəstəkləyir. Ürək problemi olanlara çox vaxt hər gün bir ovuc çiy badam istehlak etmələri də təklif olunur. Badam yağı ürək üçün yaxşı qəbul edilən oleik turşu adı verilən təkli doymamış yağlı turşular baxımından zəngindir.

Yaddaşı gücləndirir: Cənub-Şərqi Asiya mədəniyyətində, bir neçə badamı suda bir gecə saxladıqdan sonra səhərin ilk saatlarında suyuyla birlikdə istehlak etmək ümumi bir tətbiqdir. Bunun beyin gücünü artırdığı və yaddaşı inkişaf etdirdiyi hesab edilir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, iltihablanma ilə mübarizə aparır: yağların zərərli olduğuna dair bəzi səhv düşüncələr var. Halbuki bütün yağlar zərərli deyil. Bunlardan bəziləri bədənimiz üçün əsasdır. Bədənimiz bu əsas yağ turşularını özü ifraz etmədiyindən əksəriyyətlə xarici qaynaqlardan asılı qalır. Şirin badam yağı da bu vəziyyətdə bizə olduqca köməkçi olur.
Həzm sisteminə dəstək olur: şirin badam yağı bağırsaqları təmizləyən vasitə kimi tanınır. Bu səbəblə, həzm sisteminə yaxşı təsir edir. Bağırsaq hərəkətliliyini artıran şirin badam yağı, qəbizlik problemlərinin müalicəsinə köməkçi olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR