Bu xalçaların qiyməti 50 min manatdan artıqdır - VİDEO

Bu xalçaların qiyməti 50 min manatdan artıqdır - VİDEO
20:17 27 İyun 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir sakini yaşı bir əsirdən çox olan palaz və xalçalar toplamaqla məşğuldur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, onun kolleksiyasında yer alan xalçaların qiyməti 50 min manatdan artıqdır.
55 yaşlı kişi illərdir qədimi xalçalar toplayır. Mingəçevir sakini Əbdülhəsən Mirzəyev əvvəl nənə-babasından yadigar qalanları saxlayıb. Daha sonra isə müxtəlif insanlar tərəfindən dəyər-dəyməzinə satılan xalçaları alıb. Kolleksiyaçı, qədimi xalçaların insanın yorğunluğunu apardığını deyir.
Onun kolleksiyasındakı xalçalar naxışına və toxunuşuna görə fərqlənir. Əbdülhəsən Mirzəyev xalçaları almaq istəyənlərin sayının çox olduğunu deyir.
Əbdülhəsən Mirzəyev qiymətli əl işlərini evdə, ayaq altında görənlərin onu qınadığını deyir. O isə cavabında xalçlar üzərində hərəkətin insana rahatlıq verdiyini, nəvələrinin onun üzərində hərəkətindən həzz aldığını deyir.
Şəhər sakini gələcəkdə onların sayını artırmaq fikirindədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/558059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR