Məşhur klub satışa çıxarıldı

Məşhur klub satışa çıxarıldı
20:34 27 İyun 2017
43 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın köklü komandalarından olan “Fiorentina” satışa çıxarılıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb klub rəhbərliyi ilə azarkeşlər arasında yaşanan gərginlik olub.

 

Belə ki, Florensiya təmsilçisinin fanatları klubun sahibləri olan Della Valle qardaşlarının lazımi qədər vəsait ayırmadıqlarını düşünür. Komanda son illər A seriyasında ilk “beşliy”ə girməsinə baxmayaraq, azarkeşlərin narazılığından bezən Della Valle qardaşları klubu satışa çıxarmaq qərarına gəlib.

 

Rəsmi sayt vasitəsilə bəyan edilən xəbərdə qardaşların təklif gözlədiyi vurğulanıb: “Fiorentina”nın sahibləri azarkeşlərin narazılığı ucbatından klubu düzgün idarə edəcəyinə inanan biznezmenlərlə görüşməyə hazırdı”.

 

Qeyd edək ki, 90 ildi fəaliyyət göstərən “Fiorentina” klubu 2 dəfə A seriyasının (1955-56, 1968-69), 6 dəfə ölkə kubokunun (1939–40, 1960–61, 1965–66, 1974–75, 1995-96, 2000-01), 1 dəfə İtaliya Superkubokunun (1996) və 1 dəfə də UEFA Kuboklar Kubokunun (1960-61) qalibi olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277926

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR