Toyxana, yoxsa sərnişin avtobusu? - VİDEO

Toyxana, yoxsa sərnişin avtobusu? - VİDEO
20:37 27 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Sürücü musiqiyə o qədər səs verib ki , avtobusun içərisində ağız deyəni qulaq eşitmir. İlk baxışdan hansısa toyxananı xatırlatsa da, bu bir çox sərnişinin gündəlik qarşılaşdığı mənzərdi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Bakıdakı marşrut avtobuslarından birində çəkilib
Sərnişinlər sürücülərin belə xidmət göstərmələrinin özlərinə qarşı hörmətsizlik kimi qiymətləndirməklə yanaşı, təhlükəli olduğu da qənaətindədirlər.
Sürüclər isə bəzi məqamlarda sərnişinlərin haqlı olduğunu deyirlər. Onların əksəriyyəti hərəkətdə olarkən musiqiyə səs verməyin və ümumiyyətlə qulaq asmağın düzgün olmadığını deyirlər.
Bakı Nəqliyyat Agentliyidən isə belə faktların olmaması üçün mütəmadi olaraq işlər görüldüyünü deyirlər.
Agentliyin sözçüsü Mais Ağayev bildirdi ki, belə xoşagəlməz hallarla qarşılaşan sərnişinlər 141 çağrı mərkəzinə müraciət etsinlər. Bundan sonra həmin sürücü haqqında lazımi cəza tədbirləri görüləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/558061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR