Görənləri heyrətə salan 21 yaşlı qarı - FOTO

Görənləri heyrətə salan 21 yaşlı qarı - FOTO
21:37 27 İyun 2017
221 Maraqlı
Ölkə mətbuatı
A- A+

İngiltərədə yşayan Zara Hartşorn anadangəlmə lipodistrofiya xəstəsidir.

Lipodistrofiya dünyada sadəcə, 2 min insanın mübtəla olduğu çox nadir mərəzdir. O, dərialtı piy hüceyrələrini sıradan çıxarır, zahiri dəri laylarınınısayını sürətlə artırır. Belə xəstələr uşaq yaşlarında qocalara bənzəyirlər.

Milli.Az The Guardian-a istinadən bildirir ki, Zaraya xəstəlik anası Treysi Gibsondan keçib.

Ailənin sonbeşiyi olan Zara 5 bacı-qardaşından daha yaşlı görünürdü. Halbuki onun 21 yaşlı bacısı Colin və 16 yaşlı qardaşı Tommi də lipodistrofiya xəstələridir.

Zaranın 12 yaşı olanda onun xəstəlik səbəbindən elastikliyini itirmiş dərisi qızı qoca qarıya bənzədirdi. Görənlər onu bibisinə, Treysinin böyük bacısına bənzədirdilər.

"Məni uşaq yaşlarımda yaşıdlarım ələ salır, "qoca qarı" deyirdilər. Avtobusda və metroda uşaq bileti vermirdilər, çünki 15 yaşım olanda 60 yaşlı qadına bənzəyirdim", - Zara deyir.

Lipodistrofiyanın effektiv müalicəsi olmadığından Zara və anası Treysi yaşlarından xeyli qoca görünmələri ilə barışıblar.

Zara məktəbə getməyə nifrət edir, sürəkli ağlayırdı. Lakin hər şey 2012-ci ildə dəyişdi. O, özü kimi xəstələrin yazışdıqları forumda amerikalı cərrah Robert Erserk barədə məlumat aldı. ABŞ-ın Texas ştatındakı Ostin şəhərində yaşayan Erserkə dərdi barədə yazan Zara az sonra cavab aldı.

Həkim onu klinikasına dəvət edirdi.

Zara ABŞ-a yollandı, Erserk də onu plastik cərrahiyyə əməliyatına məruz qoydu, pul almadı. 60-65 yaşlı qadına oxşayan Zara unikal əməliyyatdan sonra 16 yaşına uyğun görkəm aldı.

Bir qədər keçdi, 22 yaşlı tələb Riki  Endryus ona vuruldu.

Robert Erserkin dediyinə görə, Zara Hartşorn həm də Aliber dermatolizi xəstəliyinə mübtəladır. Bu nadir xəstəlik ömür sürəyini azaldır, oynaqları yumşaldır, ağciyərlərdə və ürəkdə problemlər yaradır.

"Həkim məni 45 il cavanlaşdırsa da, ailə qurmağa tələsmirəm. Xəstəliyimn övladlarıma keçəcəyindən qorxuram. Xəstə olsa da, 7 övladı dünyaya gətirmiş anamın səhvini təkrarlamaq istəmirəm", - Zara söyləyib.

Zaranın anası da botoks inyeksiları və dəri liftinqi əməliyyatlarına məruz qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/558075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR