Şəmkirdə 3 otaqlı ev yanıb

Şəmkirdə 3 otaqlı ev yanıb
21:50 27 İyun 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Şəmkirdə yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Şəmkir rayonu, Dəllər Daşbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 25 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2771181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR