Azərbaycanlı bəylə gəlin toydan imtina etdilər - FOTO

Azərbaycanlı bəylə gəlin toydan imtina etdilər - FOTO
22:05 27 İyun 2017
110 Maraqlı
Ölkə mətbuatı
A- A+

Təbrizdə azərbaycanlı gəlin və bəy toy üçün pul xərcləməkdən imtina ediblər.

Milli.Az axar.az-a istinadən bildirir ki,"Nəsr" agentliyi təbrizli cütlüyün toy üçün nəzərdə tutduqları məbləği 400 ağac tinginə xərclədiyini bildirib. Cütlük öz toylarını bu ağacları əkməklə qeyd edib. Onlar etdikləri bu əməlin ənənəyə çevrilməsini arzu etdiklərini söyləyiblər.

"Çalışdıq ki, xərcləyəcəyimiz pulun təsiri qalıcı olsun və bir gecə ilə aradan getməsin. Toy mərasimi üçün yüksək məbləğdə pul xərcləmək həyata və xoşbəxtliyə heç bir təsir etmir. Bəzi adət-ənənəyə görə, ailələrə şamil olunan lazımsız xərclər hətta başlanğıcda ailə həyatına ziyan da vura bilər. Toy mərasimində iştirak edəcək qonaqların siyahısını hazırlayaraq xərclənəcək vəsaitin məbləğini hesabladıq. Sonra bələdiyyədən icazə alıb, onun mütəxəssisləri ilə məsləhətləşdik. Hər ağac tingini 18 min tümənə aldıq. Artıq onlardan 400-nü iyunun 25-də, qalan 400-nü isə Ağac Günündə əkəcəyik", - deyə cütlük agentliyə açıqlamasında söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/558081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR