Toyxana, yoxsa sərnişin avtobusu? -

Sürücü musiqiyə o qədər səs verib ki , avtobusun içərisində ağız deyəni qulaq eşitmir. İlk baxışdan hansısa toyxananı xatırlatsa da, bu bir çox sərnişinin gündəlik qarşılaşdığı mənzərdi.

Görüntülər Bakıdakı marşrut avtobuslarından birində çəkilib.

Sərnişinlər sürücülərin belə xidmət göstərmələrinin özlərinə qarşı hörmətsizlik kimi qiymətləndirməklə yanaşı, təhlükəli olduğu da qənaətindədirlər. Sürüclər isə bəzi məqamlarda sərnişinlərin haqlı olduğunu deyirlər. Onların əksəriyyəti hərəkətdə olarkən musiqiyə səs verməyin və ümumiyyətlə qulaq asmağın düzgün olmadığını deyirlər.

Bakı Nəqliyyat Agentliyidən isə belə faktların olmaması üçün mütəmadi olaraq işlər görüldüyünü deyirlər. Agentliyin sözçüsü Mais Ağayev bildirdi ki, belə xoşagəlməz hallarla qarşılaşan sərnişinlər 141 çağrı mərkəzinə müraciət etsinlər. Bundan sonra həmin sürücü haqqında lazımi cəza tədbirləri görüləcək.

"Xəzər xəbər"in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR