Nyu-Yorkda metro qatarı relsdən çıxıb, 34 nəfər xəsarət alıb

Nyu-Yorkda metro qatarı relsdən çıxıb, 34 nəfər xəsarət alıb
22:27 27 İyun 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 iyun. REPORT.AZ/ Nyu-York metrosunda qatarlardan birinin relsdən çıxması nəticəsində azı 34 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, Nyu-Yorkun Nəqliyyat İdarəsinin məlumatına görə, qəza maşinistin birdən-birə əyləci basması nəticəsində baş verib.
İlkin fərziyyəyə görə, insidentə elektrik enerjisi təchizatında yaranan problem səbəb olub. Nəticədə yol və tunelin bir hissəsinə ziyan dəyib. Qatar relsdən çıxıb. On yeddi nəfər xəstəxanaya yerləşdirilib.
"Fox News" telekanalının məlumatına görə, qəza səbəbindən daha iki qatarın hərəkəti dayandırılıb. Onların sərnişinləri təxliyyə edilib.
Təmir briqadaları artıq elektrik enerjisi təchizatının bərpasına başlayıblar. Lakin işlərin nə zaman bitəcəyi məlum deyil.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nyu-yorkda-metro-qatari-relsden-cixib-34-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR