Məşhur İtaliya klubu satışa çıxarılıb

İtaliya A Seriyasında çıxış edən "Fiorentina" klubu satışa çıxarılıb.

Metbuat.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, azarkeşlərin tənqidləri qarşısında çarəsiz qalan klub sahibləri - Della Valle qardaşları "Fiorentina"nı satmaq qərarına gəliblər.

"Fiorentina"nın saytında yayımlanan elanda Della Valle qardaşlarının klubla maraqlanan biznesmenlərlə görüşməyə hazır olduqları qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR