Prezident İlham Əliyev: İqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb etmiş bir ölkədir

Prezident İlham Əliyev: İqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb etmiş bir ölkədir
22:50 27 İyun 2017
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş bir ölkədir. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Varşavada Azərbaycan-Polşa biznes forumuda çıxışı zamanı deyib.

Polyak dost və tərəfdaşlarımızı çox sürətli iqtisadi inkişaf münasibətilə təbrik etmək istəyirəm. Bu gün Polşa ən yüksək iqtisadi artım sürəti, siyasi və iqtisadi sabitlik nümayiş etdirir. İnkişaf isə bu gün ölkənizin tərəqqiyə doğru yolunu gücləndirmək üçün çox yaxşı imkanlar yaradır.

Azərbaycana gəlincə, ölkəmiz nisbətən gəncdir, müstəqillik yalnız 25 il bundan öncə bərpa olunmuşdur. Biz keçən il bunu qeyd etdik. Bu illər transformasiya illəri - siyasi, sosial və əlbəttə ki, iqtisadi transformasiya illəri olmuşdur. Bu gün Azərbaycan, həmçinin çox yaxşı iqtisadi fəaliyyət nümayiş etdirir. 2004-cü ildən bəri iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Biz işsizliyi və yoxsulluğu 5-6 faiz səviyyəsinə qədər azalda bilmişik. Hazırda ümumi daxili məhsulun 70 faizdən çoxu özəl sektorun payına düşür və maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə artıqdır. Beləliklə, iqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş bir ölkədir. Bunların təxminən yarısını xarici sərmayələr təşkil edir. Əlverişli investisiya mühiti və əcnəbi investorlar üçün çox etibarlı investisiya şəraiti şirkətlərə Azərbaycanda işləmək üçün yaxşı imkanlar yaradır.

Biz Polşa şirkətləri ilə həm Azərbaycanda, həm də Polşada tərəfdaş qismində müxtəlif layihələrdə çalışmaq istəyirik. Biz investisiya qoyuluşu ilə bağlı layihələrdə iştirak etmək istəyirik. Biz Polşa şirkətlərini Azərbaycanda həyata keçirilməkdə olan enerji, nəqliyyat, tikinti layihələrində tərəfdaş olmağa dəvət edirik. Biz onları podratçı qismində dəvət edirik. Biz şirkətləri Azərbaycanda və regionda bazar potensialı olan sahələrə sərmayə yatırmağa dəvət edirik. Hesab edirəm ki, belə yaxşı siyasi münasibətlərə və iqtisadi əməkdaşlıq üzrə aydın təsəvvürə malik olmaqla biz çox qısa müddət ərzində uğur qazana, ticarət dövriyyəsini, zənnimcə, bir neçə dəfə artıra və biznes icmaları üçün çox möhkəm təməl yarada bilərik.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2771197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR