Şəmkirdə mənzildə yanğın baş verib

Şəmkir rayonu, Dəllər Daşbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli, 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 25 m2 sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR