Kəşfiyyat şefinin qətlində RUSİYA İZİ

Kəşfiyyat şefinin qətlində RUSİYA İZİ
01:33 28 İyun 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının komandiri Maksim Şapovalın qətlində Rusiya izi əsas versiyadır.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın hərbi prokuroru Anatoli Matios deyib.

“Terror aktı yüksək mütəxəssislər tərəfindən həyata keçirilib. Rusiya izi əsas versiyadır”, - Matios brifinqdə bildirib.

Hərbi prokuror həmçinin qeyd edib ki, kəşfiyyat əməkdaşının qətli üçün motivlər birmənalı olaraq bizneslə bağlı deyil: “Hər hansı ticarət maraqlarına görə cinayətin törədilməsinin motivləri absurddur”.

Xatırladaq ki, bu gün Kiyevdə Maksim Şapovalın avtomobili partladılıb. Hadisə nəticəsində o həlak olub. Ukrayna Ali Radanın deputatı, Ukrayna Daxili İşlər Nazirliyinin başçısının məsləhətçisi Anton Geraşenko sui-qəsddə Rusiya xüsusi xidmət orqanlarını ittiham edib.

Ukrayna KİV-inin yazdığına görə, Maksim Şapoval Rusiyanın Ukraynadakı fəaliyyətinə qarşı aktiv mübarizə aparıb. Bu səbədən ona sui-qəsd edildiyi bildirilir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin istefada olan generalı, Federasiya Şurasının üzvü Vladimir Cabarov deyib ki, ittihamlar xəstə təxəyyülün meyvəsidir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/204164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR