Avropa çempionatında finalçılar müəyyənləşdi

21 yaşadək futbolçuların Avropa çempionatında finalçıların kimliyinə aydınlıq gəlib.

Metbuat.az-ın məlumatına görə, ilk yarımfinal görüşündə İngiltərə və Almaniya yığmaları üz-üzə gəliblər. "Bundestim" penaltilər seriyasında qələbə qazanaraq finala yüksəlib.

Günün ikinci matçında isə İspaniya futbolçuları italiyalı həmyaşıdlarından üstün olublar: 3:1.

Avropa çempionatı (U-21)

Yarımfinal

İngiltərə - Almaniya - 2:2 (pen. - 3:4)

İspaniya - İtaliya - 3:1

Almaniya və İspaniya milliləri arasındakı final oyunu iyunun 30-da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR