Doha: Ərəb ölkələrinin şərtləri qəbuledilməzdir"

Doha: Ərəb ölkələrinin şərtləri qəbuledilməzdir"
06:59 28 İyun 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

Qətər XİN rəhbəri Məhəmməd ibn Əbdürrəhman Əl Tani bir sıra ərəb ölkələrinin terrorçuluğun dəstəklənməsinə son qoyulması ilə bağlı irəli sürdüyü  şərtlərini əsassız adlandırıb.

 

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə,  bundan əvvəl Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cübeyr Qətərə qarşı irəli sürülən şərtlərlə bağlı heç bir danışıqların aparılmayacağını bəyan etmişdi.    

 

“Blokadanı həyata keçirən ölkələrin irəli sürdükləri heçdə tələb deyil, sadəcə, dəlillərlə təsdiqlənməmiş iddialardır”, - deyə nazir “Əl Cazirə” telekanalına  bildirib.

 

“Tələblər real və həyata keçə bilən olmalıdır, əks halda onlar qəbuledilməzdir”, - deyə XİN rəhbəri bildirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR