Türkiyə yenə Suriyada əməliyyat keçirmək istəyir

Türkiyə yenə Suriyada əməliyyat keçirmək istəyir
07:29 28 İyun 2017
45 Digər
Ölkə mətbuatı
A- A+

“Türkiyənin sərhədlərinə təhlükə yaranarsa, Suriyanın şimalında daha bir hərbi əməliyyat keçirməyə hazırıq”. APA-nın xəbərinə görə, bunu Rusiyanın “İzvestiya” nəşrinə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.   

 

“Hazırda Suriyada mənfi proseslər baş verməkdədir.  Əgər bu Türkiyənin sərhədlərinə təhlükə yaradacaqsa, biz “Fərat qalxanı” əməliyyatı zamanı olduğu kimi reaksiya verəcəyik”, - deyə  prezident qeyd edib.

 

Ərdoğan əlavə edib ki, Ankara bundan əvvəl Mənbic və Rəqqa şəhərlərini terrorçulardan azad etməyi təklif etmişdi, lakin qərb tərəfdaşlar kürd terror qruplaşmalarını dəstəkləməyə üstünlük veriblər.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277945

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR