"İndi Qətərin sırasıdır"

"İndi Qətərin sırasıdır"
07:57 28 İyun 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin Qətərə qarşı irəli sürdüyü şərtlər üzrə danışıqlar olmayacaq.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanın XİN rəhbəri Adel əl-Cubeyr deyib.

XİN rəhbəri deyib ki: "Biz öz mövqeyimizi açıqladıq, öz tərəfimizdən addımlar atdıq və indi Qətərin sırasıdır. Onlar başlayan kimi hər şey düzələcək, lakin onlar başlamasa təcrid olunmuş qalacaqlar".

O, qeyd edib ki, irəli sürülən şərtlər müzakirə olunmayacaq.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına dəstək verməsində və onların Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/558127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR