"Bir sıra ərəb ölkələri tərəfindən təqdim olunan şərtlər..."

"Bir sıra ərəb ölkələri tərəfindən təqdim olunan şərtlər..."
08:05 28 İyun 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bir sıra ərəb ölkələri tərəfindən Qətərə qarşı irəli sürülən terrorizmə dəstəyin dayandırılması haqqında şərtlər əsassızdır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Qətərin XİN rəhbəri Məhəmməd bin Əbdürrəhman Əl Tani deyib.

"Bir sıra ərəb ölkələri tərəfindən təqdim olunan şərtlər - sübutlarla təsdiqlənməmiş sözlərdir və tələb deyil", - XİN rəhəbri bildirib.

"Tələblər real və həyata keçirilə bilən olmalıdır. Əks halda onlar qəbuledilməzdir", - Əl Tani əlavə edib.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına dəstək verməsində və onların Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/558011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR