Sabirabadda at arabası yol qəzasına səbəb olub, 1 nəfər yaralanıb

Sabirabadda at arabası yol qəzasına səbəb olub, 1 nəfər yaralanıb
08:37 28 İyun 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabad. 28 iyun. REPORT.AZ/ Sabirabadın Kürkəndi kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, rayonun Balakənd kənd sakini, 20 yaşlı Atlıxan Namiq oğlu Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən qarşısına at arabası çıxıb.
At arabasında qadın-uşaq olduğunu görən sürücü onları vurmamaq üçün yolunu dəyişmək istəyən zaman qarşıdan gələn “Qazel” markalı yük maşını ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ-2107”nin sürücüsü Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabirabadda-at-arabasi-yol-qezasina-sebeb-olub-1-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR