Ramil Usubov Tacikistana səfərə gedib

Ramil Usubov Tacikistana səfərə gedib
09:07 28 İyun 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycanın daxili işlər naziri Ramil Usubov Tacikistana səfərə gedib.
"Report" xəbər verir ki, o, MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının paytaxt Düşənbədə keçiriləcək növbəti iclasında iştirak edəcək.
Bu gün keçiriləcək iclasda iştrak etmək üçün Tacikistan paytaxtına, həmçinin Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistanın DİN rəhbərləri də gəlib.
İclasda cinayətkarlıqla mübarizə, əməliyyat-axtarış fəaliyyətinin aktual problemləri üzrə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq. Görüşdə, həmçinin əvvəllər beynəlxalq terrorçuluq, ekstremizmin digər təzahürləri, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə və digər birgə hüquq-mühafizə tədbirləri üzrə qəbul olunmuş qərarların icrasının gedişatı nəzərdən keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/ramil-usubov-tacikistana-sefere-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR