Konfederasiyalar Kuboku: Portuqaliya Çiliyə qarşı

Konfederasiyalar Kuboku: Portuqaliya Çiliyə qarşı
09:12 28 İyun 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

FİFA Konfederasiyalar Kuboku-2017-də yarımfinal mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün ilk finalçının adına aydınlıq gələcək.

Portuqaliya yığması həlledici matça yüksəlmək üçün Çili ilə üz-üzə gələcək. Rusiyaya ideal heyətlə yollanan komandalar turnirin əsas favoritləri hesab edilirdilər. A qrupunda mübarizə aparan Kriştianu Ronaldolu Portuqaliya ilk görüşdə Meksika ilə qollu bərabərə (2:2) qaldıqdan sonra Rusiya (1:0) və Yeni Zelandiya (4:0) üzərində qələbə qazanaraq, yarımfinala lider kimi adlayıb.
 
Çili isə B qrupunu ikinci pillədə başa vurub. Cənubi Amerika təmsilçisi Almaniya və Avstraliya ilə (1:1) heç-heçə və Kamerun üzərində (2:0) qalibiyyət sayəsində yoluna davam edib.
 
FİFA Konfederasiyalar Kuboku-2017
Yarımfinal 
28 iyun
 
22:00. Portuqaliya - Çili
Baş hakim: Alireza Faqani (İran)
Kazan. "Kazan Arena"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/558141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR