“Qarabağ” Premyer Liqa klubu ilə üz-üzə

“Qarabağ” Premyer Liqa klubu ilə üz-üzə
09:17 28 İyun 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" yay hazırlıqlarını davam etdirir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ağdamlılar Avstriyadakı təlim-məşq toplanışında bu gün növbəti hazırlıq matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Moskva "Dinamo"su ilə üz-üzə gələcək. Bu, təmsilçimizin 3-cü sınaq matçı olacaq.
 
Çempionlar Liqasına II təsnifat mərhələsindən start verəcək Azərbaycan çempionu iyulun 11-də qarşılaşacağı "Samtredia" ilə oyuna qədər daha bir yoxlama matçı keçirməyi planlaşdırır. Ancaq hələlik rəqibin kimliyi dəqiqləşməyib.
 
Qeyd edək ki, Ağdam klubu ilk iki hazırlıq matçında Rusiya Premyer Liqa təmsilçisi "Axmat"a 0:1, Bolqarıstan MOİK-inə isə 2:5 hesabı ilə məğlub olub.
 
Yoxlama oyunu
20:00. "Qarabağ" - "Dinamo"
Avstriya, Kössen

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/558142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR