Türkiyə Suriya ilə sərhəddə “təhlükəsizlik divarları”nın
tikintisindən sonra Ermənistan və İranla sərhəddə də eyni layihəni
həyata keçirmək niyyətindədir.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu
ilin yanvar ayında Müdafiə və Maliyyə nazirliklərinin birgə
təşəbbüsü ilə Ermənistanla sərhəddə “təhlükəsizlk divarları”nın
tikintisi layihəsi hazırlanıb. Layihəyə əsasən, divarlar Qars,
İğdır və Ardahan bölgələrində inşa ediləcək.
Buna səbəb PKK terror təşkilatı ilə mübarizədir. Belə ki, PKK-nın
bəzi bazaları İran-Türkiyə sərhədində yerləşir. Türkiyəyə hücum
edən terrorçular məhz həmin bazalara qayıdırlar. Bununla yanaşı,
həmin bazalarda hazırlanan terrorçular Ermənistanla sərhəddə
yerləşən Ağrı dağındakı hücumları da həyata keçirirlər. Divarların
tikilməsi terrorla mübarizə çərçivəsində həyata keçirir.
Qeyd edək ki, PKK terrorçularının Ermənistanda rahat şəkildə
fəaliyyyət göstərdiyi məlumdur. Ermənistan hakimiyyətinin dəstəyi
ilə bu ölkəyə gələn terrorçular Azərbaycanın işğal olunmuş Dağlıq
Qarabağ bölgəsində təlim keçir, həmçinin, oradan İrandakı bazalara
gedirlər. Misal üçün, ötən həftə İran kəşfiyyatı Xüdafərin
körpüsündən Qarabağa keçmək istəyən 8 PKK terrorçusunu həbs
edib.
Asif