Əlil sərnişini təyyarəyə sürünərək qalxmağa məcbur etdilər - RƏZALƏT

Əlil sərnişini təyyarəyə sürünərək qalxmağa məcbur etdilər - RƏZALƏT
10:24 28 İyun 2017
39 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Yaponiyanın Vanila Air aviaşirkəti əlil sərnişini təyyarəyə sürünərək qalxmağa məcbur edib.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, əlil arabasında hərəkət edən kişi Yaponiyanın cənubundakı Amami şəhərinə gedirmiş. Hava limanında qeydiyyat zamanı bəlli olub ki, şirkət, hərəkət imkanları məhdud olan insanlara ayrıca xidmət göstərmir. Ona elə beləcə də deyiblər: “Yeriyə bilməyən adam təyyarəyə minə bilməyəcək”.

 

Əlil sərnişin, onu hava limanına gətirən dostunun köməyilə təyyarənin salonuna qalxa bilib.

 

Amamidən geriyə qayıdarkən isə ona bildiriblər ki, təyyarəyə kənar şəxsin köməyilə qalxa bilməz, bunu o özü etməlidir. Ayaqları iflic olmuş kişi, bütün gücünü toplayaraq, trapın 17 pilləsini sürünərək qalxıb...

 

Qeyd edək ki, xəbər KİV-də yayılandan dərhal sonra aviaşirkət həmin şəxsdən üzr istəyib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277949

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR