Lüksemburq klubu itkilərlə gəldi

Lüksemburq klubu itkilərlə gəldi
10:37 28 İyun 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

AvroIiqanın 1-ci təsnifat mərhələsində “Zirə”nin qonağı olacaq “Differdanj” bu gecə Bakıya gəlib. Fanat.Az saytının Lüksemburq təmsilçisi ölkəmizə itkilərlə təşrif buyurub. 



Belə ki, ötən mövsümdən aldığı qırmızı vərəqə hələ də qüvvədə qalan Tom Sibanelera və zədəli Qonçalo Almeyda “Zirə” ilə görüşdə iştirak etməyəcəksə, Pedro Ribeyronun hazırlıq səviyyəsi baş məşqçini qane etmədiyindən oynamayacaq.


 

Yannik Bastos, Cofri Franzoni və Çadli Amiri isə Bakıya gələ bilmək üçün əsl iş yerlərindən çətinliklə icazə alıb. Hətta Bastos oyun gününün əvəzinə şənbə günü işə çıxmağa da razılaşıb.


 

Qeyd edək ki, “Zirə” – “Differdanj” görüşü iyunun 29-da saat 21:00-da start götürəcək.




Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-luksemburq-klubu-itkilrl-gldi-t58952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR