Təkbaşına irəliləyən əsgər qarşısına çıxan hər kəsi məhv edir... Düşmənin hərbi texnikasını, onların bazasını hədəfə alaraq dəqiq atəşə tutur.
İlk baxışdan adi bir hərbi oyuna bənzəyir. Amma bu, Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş bir
animasiyadır.
Animasiya Türkiyədə hazırlanıb. Videoda Mübarizin düşmənlə
təkbaşına necə döyüşməsi əks edilib.
Animasiyada Mübarizin hər addımı bunu hazırlayan şəxsin dilindən
şərh edilir.
Animasiyada ən diqqətçəkən məqamlardan biri Mübarizin Ermənistan prezidentinin kortejini atəşə tutaraq həm avtomobilləri, həm də Sarkisyanı məhv etməsi əks edilib.
10 dəqiqədən çox davam edən animasiya qısa zaman ərzində
minlərlə insan tərəfindən izlənib.
Sosial şəbəkələrdə proqramçı gəncin Milli Qəhrəman Mübariz
İbrahimov haqqında animasiya hazırlaması böyük rəğbətlə
qarşılanıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
(xezerxeber)