TAP konsorsiumunun rəhbərliyində YENİ TƏYİNATLAR

TAP konsorsiumunun rəhbərliyində YENİ TƏYİNATLAR
11:08 28 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Yelena Kosolapova - Trend:

Transadriatik qaz boru kəməri (TAP) konsorsiumunun rəhbərliyində kadr dəyişiklikləri həyata keçirilib.

Trend-in məlumatına görə, Luka Şippati konsorsiumun idarəçi direktoru, Uolter Peraer prezidenti təyin olunub.

Onlar iyun ayının 27-dən vəzifələrinin icrasına başlayıb.

Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə gedərək İtaliyanın cənubuna çatdırılacaq.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2771293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR