"Yuventus"un ulduzu hər kəslə vidalaşdı

"Yuventus"un ulduzu hər kəslə vidalaşdı
11:17 28 İyun 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

"Bu gün klubumla peşəkar münasibətlərimiz başa çatır. Amma "Yuve"ni sevən azarkeşlər həmişə ürəyimdə yaşayacaq". Fanat.Az xəbər verir ki, bu sözləri İtaliya təmsilçisini "Mançester Siti"yə dəyişən Dani Alveş İnstaqram səhifəsində yazıb.


İngiltərə klubuyla 2 illik müqavilə bağlayacağı deyilən ulduz müdafiəçi futbolu pula görə oynamadığını bildirib: "Mükəmməl deyiləm. Amma ürəyim təmizdi. Həmişə düşündüyümü dilə gətirməyi bacaran insan olmuşam. Futbolu pula görə oynamıram. Bu idman növünü sevirəm və onun bir parçası olan bütün insanlara hörmətim böyükdü".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotyuventusquotun-ulduzu-hr-ksl-vidalad-t58954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR