MOSSAD-ın keçmiş casusu Qətər böhranının GİZLİ SƏBƏBİNİ açıqladı: İsrailin maraqları...

MOSSAD-ın keçmiş casusu Qətər böhranının GİZLİ SƏBƏBİNİ açıqladı: İsrailin maraqları...
11:38 28 İyun 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

“Qətər böhranına oxşar vəziyyət bir neçə il öncə də yaşandı, lakin iki ay sonra ərəblər barışdılar. Bu dəfə vəziyyət bir qədər ciddi görünür. Qətər cırtdan dövlətdir və o, hamı ilə, İran, Səudiyyə Ərəbistanı və digərləri ilə yaxşı münasibətləri dəstəkləyir. Sadəcə olaraq, indiki əmir lovğalandı ki, o, ərəb dünyasının taleyini idarə edə bilər. Qətər böhranı bu ölkənin təkcə İran və “Müsəlman qardaşları”nı dəstəkləməsindən qaynaqlanmır. Qətər əmiri özünə başqa problemlər də yaratdı”.

Publika.az xəbər verir ki, bu barədə İsrail kəşfiyyatının (MOSSAD) keçmiş əməkdaşı, şərqşünas-politoloq Aleksandr Qrinberq “Jewish” saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistan Qətərin dəstəklədiyi “Müsəlman qardaşları”ndan qorxur: “Hər şeydən öncə, “Müsəlman qardaşları” Səudiyyənin dini inhisarçılığına qarşı təhlükədir. Qətər böhranın əsl səbəbi heç də terroru dəstəkləmək və bu ölkənin atdığı addımlar deyil. Səudiyyə Ərəbistanı İslam krallığıdır. Bu ölkədə şahzadələr heç də mömin həyatı yaşamırlar, lakin dini elitanın dəstəyi onlara lazımdır. Şahzadələr dini elitaya dini inhisara almağa icazə verirlər. “Müsəlman qardaşları” da məhz dini inhisarçılığı pozur”.

A. Qrinberq Qətər böhranının İsrailə sərf edib-etmədiyini də şərh edib.

“Xoşbəxtəlikdən Qətərin kötəklənməsi həqiqətən də İsrailin əlinə oynayır. Əlbəttə, biz özümüzü ağıllı aparacaq, kənarda dayanacaq və nəticələri gözləyəcəyik. Hazırda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin hədəfi İsrailin maraqları ilə uyğun gəlir: bu İranın və xüsusilə Avropada “Müsəlman qardaşları”nın cilovlanmasıdır. Bununla belə Qətəri İsrailin düşməni etmək də lazım deyil. Qətər Fars körfəzində İsraillə ilk münasibət quran ölkədir. Sonradan bu münasibətlər kəsildi, lakin indi qeyri-formal əlaqələr qalır”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/204184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR