Ərdoğanın silahdaşlarına və millət vəkilinə SUİ-QƏSD: Polis hərəkətə keçdi - FOTOLAR

Ərdoğanın silahdaşlarına və millət vəkilinə SUİ-QƏSD: Polis hərəkətə keçdi - FOTOLAR
11:53 28 İyun 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Şanlıurfa bölgəsində AKP-nın regional təşkilatının rəhbərlərinə, o cümlədən hərbçilərə və polis əməkdaşlarına sui-qəsd etməyə hazırlaşan 4 PKK üzvü tutulub.

Publika.az
xəbər verir ki, terrorçular AKP-nin Şanlıurfadan olan millət vəkili və partiyanın bu bölgə üzrə təşkilatının idarə heyətinin üzvü İbrahim Halil Yıldızı ödürəcəklərmiş. Bayram günü bölgəyə gedən millət vəkilini sui-qəsddən polis xilas edib.

Terrorçuların evində aparılan axtarış nəticəsində külli miqdarda partlayıcı maddələr və silah-sursat aşkarlanıb. Hədəfdə AKP-nin bölgə təşkilatının digər rəhbərləri, həmçinin, bölgədə fəaliyyət göstərən hərbçilər və polis əməkdaşları da olub.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/204189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR