POLKOVNİK: "Cəbhədə döyüş əməliyyatları başlaya bilər"

Ermənistan silahlı qüvvələrinin bölmələri hər gün cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozur. Üstəlik onlar təkcə silahlı qüvvələrimizi deyil, dinc əhalinin yaşadığı əraziləri də atəşə tutur. Cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək üçün müxtəlif təxribatlara əl atırlar. Bu vəziyyət nə vaxta kimi davam edəcək?

Bu barədə Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, istənilən an genişmiqyaslı döyüş əməliyyatları başlaya bilər:

“Beynəlxalq qurumlar Bakıya gəlib, bəyanatlar səsləndirir, onunla işlərini bitmiş hesab etdilər. ABŞ Dövlət Departamenti, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı nəyisə həll etmir. Məsələni kökündən həll etmək əvəzinə, onlar boş, mənasız danışıqlara üstünlük verirlər. İşğalçı bəlli, işğala məruz qalan ölkə bəlli... Amma heç bir addım atmaq istəmirlər. Ermənistan öz təxribatlarını davam etdirir. Bilirsiniz, Ermənistanda vəziyyət heç də ürəkaçan deyil. Gələn ilin əvvəllərində Ermənistanda yeni prezidentin seçilməsi gözlənilir. Sarkisyan və onun tərəfdarları  istənilən an vəziyyətdən süni istifadə edə bilərlər. Hər halda, Azərbaycan Silahlı Qüvvələri vəziyyətə nəzarət edir. İstənilən an genişmiqyaslı, lokal xarakterli əməliyyatlara başlanılması mümkün və gözləniləndir”.

POLKOVNİK: "Qarabağda müharibə hər an başlaya bilər"

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR