Xızıda 15 gün əvvəl baş vermiş qəzada xəsarət almış şərnişin xəstəxanada ölüb

Xızıda 15 gün əvvəl baş vermiş qəzada xəsarət almış şərnişin xəstəxanada ölüb
12:37 28 İyun 2017
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyun. REPORT.AZ/ Xızı rayonu ərazisində 15 gün əvvəl baş vermiş qəzada xəsarət almış şərnişin xəstəxanada ölüb.
DİN-dən "Report"a verilən məlumata görə, iyunun 13-də Xızı rayonu ərazisində Quba rayon sakini Cahid Babayevin idarə etdiyi "VAZ-21104" markalı və Şabran rayon sakini Rafiq Mustafayevin idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub.
Nəticədə C.Babayevin 3 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan Narınc iyunun 26-da orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xizida-15-gun-evvel-bas-vermis-qezada-xesaret-almis-sernisin-xestexanada-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR