DİN Hacıqabulda 2 nəfərin ölümüylə nəticələnən qəza ilə bağlı məlumat yayıb

DİN Hacıqabulda 2 nəfərin ölümüylə nəticələnən qəza ilə bağlı məlumat yayıb
12:37 28 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 iyun. REPORT.AZ/ Daxil İşlər Nazirliyi (DİN) Hacıqabulda baş verən qəza ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən "Report"a verilən məliumata görə, iyunun 27-də saat 15 radələrində Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində Tovuz rayon sakini Orxan Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinlərindən həmyerlisi Elgün Abbasov hadisə yerində ölüblər, digər bir sərnişin isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/di-n-haciqabulda-3-neferin-olumuyle-neticelenen-qeza-ile-bagli-melumat-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR