Putin sirr kimi saxladığı əsgərlərini döyüş meydanına çıxarır – MƏXFİ PLAN

Putin sirr kimi saxladığı əsgərlərini döyüş meydanına çıxarır – MƏXFİ PLAN
12:43 28 İyun 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyadakı özəl təhlükəsizlik şirkətlərinin xarici ölkələrdə fəaliyyət göstərməsinə icazə verən qanunun qəbul edilməsinin səbəbi bəlli olub.

Publika.az
xəbər verir ki, məqsəd Suriyadakı təbii qaz və neft ehtiyatlarıdır.

Ötən il Suriyanın neft və mədən sənayesi naziri Ali Ganim Humus bölgəsindəki təbii qaz yataqlarının işlədilməsi ilə bağlı Rusiyanın “Europolis” firması ilə müqavilə imzalayıb. Bu yaxınlarda Tedmür bölgəsindəki neft yataqları ilə bağlı da eyni anlaşma imzalanıb.

“Yeni Şəfəq” qəzeti yazır ki, Tedmür nefti ilə bağlı anlaşmadakı şirkətlərin biri də “Europolis”dir. Şirkət Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamlarından olan Mixail Karyapovun “Stroytransgas” şirkəti ilə ortaqdır. “Europolis” Tedmürdə zəngin neft yataqlarının təhlükəsizliyini qoruyacaq. Müqaviləyə görə, şirkət 5 il ərzində bu yataqlardakı neftin 25 faizini alacaq.

“Europolis” şirkətinin kimə məxsus olduğu da müəmmalıdır. Rəsmi qeydlərə görə, şirkət Putinin daim yemək yediyi restoranlardan birinin sahibi Yevgeni Priqozinendir. Dolayısı ilə Putinə bağlı olan şirkətin əməkdaşları Suriya və Ukraynada döyüşən rus hərbçilərlə bağlantıları var. Şirkətin yeganə işçisi və rəhbəri bir nəfərdir.

Bu şirkət ABŞ-ın “Blacwater” şirkətinə bənzəyir. Amerika şirkəti muzdlu əsgərlərdən istifadə edərək, Vaşinqtonun bir çox planını həyata keçirir. Hesab olunur ki, Putin də eyni üsuldan istifadə edərək, Suriyanın zəngin neft ehtiyatlarından böyük pay almaq istəyir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/204194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR