Bakıda bağ evinə basqın: gözətçini döyüb evi yandırdılar

Bakıda bağ evinə basqın: gözətçini döyüb evi yandırdılar
12:47 28 İyun 2017
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, iyunun 27-də saat 02.00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum iki nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək evi yandırıblar.  
 
İ.Vasin xəstəxanaya yerləşdirilib.
 
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar. 
 
Faktla əlaqədar cinayət işi başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/558257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR